ملانصرالدین (Molla Nsrddin)

خرید بک لینک
Seyid Əzim Şirvani(1835-1888)Eşşək və arılar Bir neçə kəndi gördü bir eşşək, Arılar onda işləyir bişək. Gördü bir xaneyi-müqəddəs var, Beyti-şeşguşə içrə çox kəs var. Padşahın hüzuruna getdi, Şahi-yəsubdən sual etdi. Dedi: - Bu kənddə nədir məqsud Saz olur gündə nayü bərbətü ud? Sizə hasil nədir bu qovğadən? Vaqif eylə məni bu mənadən. Dedi: - Biz səbzəyə olub çirə, Edərik cəm kəndiyə şirə. Dedi eşşək ki, yəni şirə nədir? Olmusuz səbzi üzrə “çirə” nədir? Bir qədər bal dadızdılar eşəgə. Yedi eşşək çü balı, düşdü şəkə. Düşdü bir fikrə eşşəgi-nadan Ta gedib otlasın o da qalqan, Gəlibən çəksin arı tək şirə, Könlünü verdi fikrü tədbirə. Yedi qalğanı, gəldi saldı peyin – Ki, iyindən tutuldu başü beyin. İylədi, daddı, gördü bal deyil, Yediyi balə bu misal deyil. Kəndiyə gəldi vurdu bir şıllaq, Arıları dağıtdı ol sərsaq. Gördü bir ayrı arı bu halı, Arılardan soruşdu əhvalı, Dedi: - Kəşf eylə, nə bəladır bu, Nə müsibət, nə macəradır bu? Dedi bir arı arıya: - Ari, Biz bu yolda itirmişik ari. Eşşəyə bal dadızmışıq qafil, Olmuşuq fəzlü əqldən cahil. Bu qəmü dərdə mübtəla olduq, Sahibi-möhnətü bəla olduq. Eşşəyə bal dadızsa hər kəs bal, Dağılır xanəsi onun bu misal. Seyyida, elmi açma nadanə - Ki, düşərsən cahanda nöqsanə. Çəkmə kamayi-şeri bazarə, Gövhəri ərz elə xiridarə Nə bilir dürr qədrini əllaf, Yoxdu bazari-dəhrdə sərraf. ملانصرالدین (Molla Nsrddin)...

ما را در سایت ملانصرالدین (Molla Nsrddin) دنبال می‌کنید

برچسب: نویسنده: بازدید: 10 تاريخ: دوشنبه 21 خرداد 1403 ساعت: 12:42

Cəlil MəmmədquluzadəTarixi-miladinin 1921-ci ilində,-- ki bolşevik inqilabının Bakıda ikinci ili idi,--təzə Kommunist hökuməti var qüvvətini və həvəsini məmləkəti düzəltməyə sərf etməkdə idi,--mən də qohumlarımızın birinin evində yaşayırdım. Qabaqca mənzil tapmaq fikrinə düşdüm. Rəfiqlərimin köməkliyi ilə və idarələrin sayəsində mənzil də tapdıq; ancaq mənə verilən üç otağın nə bir stol-kürsüsü vardı ki, üstündə oturub yazı yazasan, nə də bir qeyri avadanlıq vardı. Haradan da tapmaq olar? Nə dükan-bazar var ki, gedib pul verib alasan, nə də çoxluca pul var ki, dəllal vasitəsilə artıq qiymət verib hər bir şeyi gətirdəsən.Xülasə.Stol-kürsü qeydindən də məni qurtaran genə, mənə tanış idarənin birisi oldu; belə ki, bir kağız verdilər əlimə ki, gedim Bolşoy Morskoy küçədə 13 nömrəli hökumət anbarından bu şeyləri alım aparım (söz yox, pulsuz): iki şkaf (kitab şkafı və çörək şkafı), iki kürsü (böyük və kiçik), dörd dənə sandalya (üstə oturmağa), iki dənə kravat (biri dəmir, biri taxta), bir dənə çaydan (samavar əvəzi) və bir dənə rus qazanı (bozbaş bişirməyә).Amma bunu da lazım bilirəm burada qeyd edəm ki, bu kağızı mənim əlimə verən məmur kağızı verəndə dedi ki:"Anbarın müdirinə bu kağızı göstər və söyləginən ki, xırda-mırda şey verməsin … yaxşısını versin!"Hərçənd bu sözlər məni bir az fikrə saldı, mən "Baş üstə" deyib getdim və Bolşoy Morskoy küçədə haman anbarı tapdım. Anbarın müdiri sarısaqqal kişi idi. Kağızı nişan verdim. Müdir kağızı aldı və başını bulaya-bulaya oxudu və bir ملانصرالدین (Molla Nsrddin)...

ما را در سایت ملانصرالدین (Molla Nsrddin) دنبال می‌کنید

برچسب: نویسنده: بازدید: 9 تاريخ: دوشنبه 21 خرداد 1403 ساعت: 12:42

صفحه بندی